16 Aralık 2015 Çarşamba

İraq səfirliyində çay süfrəsi (FOTO)



 İraq səfirliyində çay süfrəsi (FOTO)

16 dekabr 2015-ci ildə Bakı Avrasiya Universitetinin və Azərbaycan Dillər Universitetinin ərəbşünas tələbələri İraq səfirliyində baş tutan çay süfrəsində qonaq oldular. Görüş çox səmimi və maraqlı keçdi. Cənab səfir və cənab müştəsar Əbdül Hakim əl-Kəsəb və səfirliyin işçiləri tələbələri çox gözəl qarşıladılar. Həmçinin, İraq səfirliyinin tərcüməçisi Nemət də öz töfhəsini ərəbşünaslardan əskik eləmədi.
Cənab səfir öz çıxışında bildirdi ki, bu tipli görüşlərin daima keçirilməsi İraq səfirliyi üçün çox gözəl haldır və gələcəkdə də bu görüşlərin tez-tez keçirilməsi üçün öz qapılarını tələbələrin üzünə açıq tutacağını bildirdi. 
Görüş baş tutmasında əsas vasitəçi olan Hakim əl-Kəsəbə xüsusi təşəkkürlərimizi bildiririk!
























Hiç yorum yok:

Yorum Gönder