28 Ocak 2016 Perşembe

OIC Simulyasiya oyunlarına qeydiyyat başlandı!



Ərəbşünasların nəzərinə! Sizlər üçün çox gözəl bir layihə! Keçən il bir çox tələbələrimiz, İƏT simulyasiya oyunlarına qatılmış, həm maraqlı vaxt keçirmiş, həm də yeni dostlar qazanmışdılar.

Keçən il iştirak edən tələbələr, bu il Qrup lideri olmaq üçün müraciət edə bilərlər.
Bizə qatılaraq İƏT və ona bağlı qurumların fəaliyyəti və dünyada tutduqları mövqe, İƏT ölkələrinin məxsus olduqları sosial fenomen və ortaq sivilizasiya irsi, mədəniyyətlərarası dialoq prosesində Azərbaycanın artan rolu haqda informasiya əldə etmək, eləcə də ölkənin ictimai həyatında fəallığınızı artırmaq, ölkənin müxtəlif qurumları və beynəlxalq təşkilatlarda işləmək, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etmək imkanını qaçırmayın.
Qeydiyyat üçün: http://goo.gl/forms/1T02Wb2Caj

Hiç yorum yok:

Yorum Gönder