31 Aralık 2015 Perşembe

2015-ci ilin hesabatı

Əziz ərəbşünaslar, artıq 2015-ci ili başa vururuq.
20.01.2015 tarixində müxtəlif universitetlərdən olan ərəbşünas tələbələrlə birgə Bakı Dövlət Universitetində təşkil olunan OIC Simulyasiya oyunlarında iştirak etdik!
17.02.2015 tarixində Azərbaycan Dillər Universitetində Fələstin Dövlətinin Səfiri cənab, Nasser A.Kareemin mühazirəsi təşkil etdik.
22.02.2015 tarixində Park Bulvar AVM-də Global Village AIESEC tərəfindən təşkil olunmuş mədəniyyət festivalda iştirak etdik!
07.03.2015 tarixində "Space" radiosunda (104 FM) xalq artisti Mehriban Xanlarovanın “Seçilmişlər” verilişində qonaq olduq!
11.03.2015 tarixində Sudan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Müstəşar Elçisi, dr. Muhammed Elballa Osmanın BAAU-da mühazirəsini təşkil etdik!
17.03.2015 tarixində Azərbaycan Dillər Universitetinin ərəbşünas tələbələri ilə birgə Novruz bayramı keçirdik!
19.03.2015 tarixində Bakı Avrasiya Universitetinin ərəbşünas tələbələri ilə birgə Novruz bayramı keçirdik!
16.04.2015 tarixində Misir Mədəniyyət Mərkəzində İntensiv danışıq dili kursu təşkil etdik!
29.09.2015 tarixində Four Seasons otelində Səudiyyə Ərəbistanı Krallığının Milli Günündə iştirak etdik!
30.09.2015 tarixində Bakı Avrasiya Universitetində “Beynəlxalq Tərcüməçilər Günü”nə həsr olunmuş kiçik bir tədbir təşkil etdik!
05.10.2015 tarixində Bakı Avrasiya Universitetində İraqın paytaxtı Bağdad şəhərindən ölkəmizə qonaq gəlmiş Ömər Əhmədlə ərəbşünas tələbələrin mühazirəsini təşkil etdik. Görüşdə ADU, BAAU, BDU və Qafqaz Universitetindən olan ərəbşünaslar iştirak etdi!
09.10.2015 tarixində 1905.az Diskussiya klubunda qonaq olduq.
09.10.2015 tarixində Azərbaycan Dillər Universitetində I kurs tələbələri ilə birgə “Əlifba bayramı” təşkil etdik!
10.10.2015 tarixində görkəmli şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Aida İmanquliyevanın doğum günü münasibətilə Fəxri xiyanda məzarını ziyarət edərək, xatirəsini yad etdik!
30.10.2015 tarixində İordaniya Səfirliyində “Çay süfrəsi”nda qonaq olduq. Görüşdə ADU, BAAU-dan olan ərəbşünaslar iştirak etdi!
10.11.2015 tarixində Bakı Avrasiya Universitetində I kurs tələbələri ilə birgə “Əlifba bayramı”nı qeyd etdik!
13.11.2015 tarixində Fələstin Səfirliyində “Çay süfrəsi”nda qonaq olduq. Görüşdə cənab səfir, Nasser A.Kareemlə çox gözəl və maraqlı söhbət alındı!
21.10.2015 tarixində Azərbaycan Diplomatik Akademiyasında təşkil olunmuş Beynəlxalq Festivalda iştirak etdik!
01.12.2015 tarixində Azərbaycan Dillər Universitetində “Azərbaycan-İordaniya münasibətləri: tarix və mədəniyyət” mövzusunda iştirak etdik. Tədbirdə “İordaniyanın gözəl və tarixi məkanları” adlı çıxışla yadda qaldıq!
03.12.2015 tarixində Fairmont Flame Towers otelində Birləşmiş Ərəb Əmirliklərinin Milli Günündə iştirak etdik!
06.12.2015 tarixində Misir Mədəniyyət Mərkəzində I istiqamət üzrə Danışıq dili kursumuza start verdik və kurs 1 ay davam etdi!
06.12.2015 tarixində Sudan Ərəb Respublikasında Əsas istiqamət üzrə Danışıq dili kursumuza start verdik və kurs 1 ay davam etdi!
11.12.2015 tarixində Misir Mədəniyyət Mərkəzində Nəcib Məhfuzun yaradıcılıq gecəsində iştirak etdik!
15.12.2015 tarixində Misir Mədəniyyət Mərkəzində Qahirə Universitetinin professoru Əbdül-Rəhman Səad Hicazinin 3 günlük təlimini iştirak etdik!
16.12.2015 tarixində ADU və BAAU-dan olan ərəbşünas tələbələrlə birgə İraq səfirliyində çay süfrəsində qonaq olduq!
16.12.2015 tarixində Fairmont Flame Towers otelində Qətər dövlətinin Milli günündə iştirak etdik!
18.12.2015 tarixində Misir Mədəniyyət Mərkəzində “Beynəlxalq Ərəb dili günü”nə həsr olunmuş tədbir təşkil etdik!
19.12.2015 tarixində 60 nömrəli məktəbdə İordaniya səfirliyinin tərkibində, çox gözəl bir tədbirdə iştirak etdik!
28.12.2015 tarixində 13 saylı məktəbdə şagirdlərlə birgə “Dünyaya sülh gərəkdir!” adlı çox möhtəşəm bir tədbirdə iştirak etdik!

Hiç yorum yok:

Yorum Gönder